Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Kikboksçumuz növbəti peşəkar döyüşündə qələbə qazanıb

      Naxçıvan Kikboksinq Federasiyasının yetirməsi Etibar Qəribov qardaş ölkədə təşkil olunan peşəkar kikboksçuların “Həkimoğlu Döyüş Arenası” turnirində iştirak edib. Türkiyənin TV8.5 telekanalı vasitəsilə canlı yayımlanan yarış İstanbul şəhərindəki Yəhya Kamal Bəyatlı Mədəniyyət Mərkəzində keçirilib.

“Qasırğa” ləqəbli idmançımızın rəqibi qardaş ölkə təmsilçisi Suat Gürhan olub. Üstün döyüş nümayiş etdirən Etibar Qəribov hakimlərin ümumi qərarı ilə 3:0 hesablı qələbə əldə edib. İdmançımıza turnirin kuboku təqdim edilib.

Qeyd edək ki, idmançımız peşəkar karyerasında ümumilikdə 11 görüş keçirib və sonuncu qələbə sayca 8-cidir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
17.01.2022







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2022