Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













İdmanın hazırkı vəziyyətilə bağlı müşavirələr keçirilir

      Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirələrdə və “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nda bu sahənin inkişafı ilə əlaqədar qarşıya konkret məqsədlər qoyulub. Dövlət proqramına uyğun olaraq muxtar respublikaya təcrübəli məşqçilərin dəvət edilməsi, məşqçilərə təlimlərin, idmançılara nümunəvi dərslərin təşkili Gənclər və İdman Nazirliyi ilə aidiyyəti qurumların diqqət mərkəzindədir.

Bu günlərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə “C” kateqoriyalı məşqçilik kursunun keçirilməsinə start verilməsi bunun bariz nümunəsidir. Şərur Olimpiya İdman Kompleksində ilk dəfə təşkil olunan kursun ikinci moduluna başlanılıb. AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, təlimatçılardan İlkin Hüseynov və İlham Əzizzadənin iştirakı ilə təşkil olunan kursda muxtar respublikanın müxtəlif bölgələrindən 15 məşqçi iştirak edir. Kompleksin mehmanxanasında məskunlaşan məşqçilər gün ərzində 2 dəfə nəzəri və praktik məşğələlərdə iştirak edirlər. Ümumiyyətlə, kurs 3 moduldan ibarətdir. İkinci modulda iştirakçılar özlərisərbəst şəkildə aşağı yaş qrupları – 10-12 yaşlılarla məşq keçməyə çalışırlar. Bu məşqlərdə məşqçilər də onlara hər hansı bir məsələdə köməklik göstərirlər. Kursun bu moduluna həftəsonu yekun vurulacaq.

Qeyd edək ki, kursun son modulunda iştirakçılardan – gənc məşqçilərdən praktik, şifahi və yazılı imtahan götürüləcək. Yekunda imtahanda uğurqazanan iştirakçılar “C” kateqoriyası alacaqlar. Sonmodul 1-5 mart tarixləri arasında təşkil olunacaq.

Ceyhun MƏMMƏDOV

     


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
17.02.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020