Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













"Axtar tap" İntellektual Oyunu keçirilmişdir

      17 iyun 2020-ci il tarixdə Naxçıvan şəhərindəki Sahil Parkında gənclər arasında "Axtar tap" İntellektual Oyunu keçirilmişdir.

Əvvəlcə Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov, Gənclər Fondunun əməkdaşı Sübhan Rəhimli çıxış edərək gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün həyata keçirilən tədbirlər, həmçinin, müəyyən karantin günlərində gənclərin iştirakı ilə keçirilən müxtəlif onlayn tədbirlər haqqında ətraflı məlumat vermişlər. Oyunun keçirilməsində məqsədin gənclərin intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, onlar arasında bilik və elmin təbliği, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğunu bildirmiş, oyunun qaydaları haqqında məlumat vermiş və komandalara uğurlar arzulamışlar. Daha sonra gənclər ərazinin müxtəlif yerlərində hazırlanmış suallara cavab taparaq birincilik uğrunda mübarizə aparmışlar. Sonda suallara daha tez cavab verərək “Diplomat” komandası qalib adını qazanmışdır. “Batabat” və “Kainat” komandaları müvafiq olaraq II və III yerlərə çıxmışlar. Sonda qalib komandalara təşkilatçılar tərəfindən kubok, diplom və fəxri fərmanlar təqdim olunmuşdur. Oyunda Gənclər və İdman Nazirliyinin sosial şəbəkəsində qeydiyyatdan keçmiş 8 komanda iştirak etmişdir.

40 nəfər gəncin iştirak etdiyi oyun Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və "Gənclərin İntellektual İnkişaf Mərkəzi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
17.06.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020