Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Ruslan Musayev "WAKO PRO" kateqoriyalı beynəlxalq turnirin qalibi olub

      Özbəkistanın Daşkənd şəhərində peşəkar kikboksinqçilər arasında “Uzbekistan Open” beynəlxalq turniri keçirilib. Dünya Kikboksinq Assosiasiyası tərəfindən təşkil edilən yarışda milli komandamızın və "Neftçi" İK-nın üzvü, Naxçıvan idmançısı Ruslan Musayev də iştirak edib.

Yerli kikboksçu Azizbek Nematovla qarşılaşan təmsilçimiz görüşün taleyini ilk raundda həll edib. Güclü azarkeş dəstəyinə baxmayaraq özbək idmançı məğlubiyyətdən qaça bilməyib. Qarşılıqlı həmlələrlə başlayan döyüşün gedişində idmançımızın effektiv ayaq zərbəsi rəqibi nakaut vəziyyətinə salıb. Nəticədə Ruslan qalib elan olunub. Qələbə sayəsində təmsilçimiz beynəlxalq turnirin kubokuna layiq görülüb.

Qeyd edək ki, idmançımız dünya kubokunun sahibi, avropa və dünya çempionatlarının mükafatçısıdır. Müxtəlif beynəlxalq turnirlərin həmçinin, 8 dəfə Azərbaycan çempionatının qalibi olub. Karyerasında 13 peşəkar döyüş keçirən Ruslan Musayev bu nəticə ilə 11-ci qələbəni aktivinə yazdırıb.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
17.06.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021