Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Sağlamlıq imkanları məhdud yeniyetmə və gənclər arasında
rəsm müsabiqəsi keçirilib

      Ağbulaq İstrahət Mərkəzində reallaşan müsabiqənin sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, istedadlıların müəyyən edilməsi və bacarıqlarını təkmilləşdirmələri üçün onlara şərait yaradılması məqsədilə keçirilib. Müsabiqənin əvvəlində Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva, Dövlət Sosial Təminat Xidmətinin rəisi Vüqar Məmmədov, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Həmzə Sadiqov və Azərbaycan Rəssamlar İttifaqı və Naxçıvan Rəssamlar Birliyinin üzvü Qəhrəman Tağıyev tədbirin əhəmiyyəti barədə danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Müsabiqədə istifadə olunması məqsədilə iştirakçıların hər birinə lazımi ləvazimatlar təqdim olunub. Öncədən məlumat verildiyi kimi onlar “Ağbulaq kəndinin mənzərəsi” və ya sərbəst mövzuda rəsm çəkmək imkanına sahib olublar. Sonda həmin rəsm nümunələrinin sərgisi təşkil olunub və qaliblər müəyyənləşib.

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, Məmməd Məmmədli və Aysu Zeynalova birinci yerə layiq görülüblər. Gülay Zeynalova, Fərid Qafarlı və Pünhan Səfərov ikinci olublar. Ərkan Əsgərov, Elnurə Quliyeva və Mikayıl Məmmədov isə üçüncü sırada qərarlaşıblar.

Qaliblər, həmçinin həvəsləndirici yer tutan iştiraçılara diplom, fəxri fərman və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, müsabiqə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən birgə təşkil olunub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
17.06.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021