Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Stolüstü tennis üzrə yoldaşlıq görüşü

      Sağlamlıq imkanları məhdud yeniyetmələr arasında keçirilən görüş Uşaq Bərpa Mərkəzində reallaşıb. Oyunda “Naxçıvan” və “Sədərək” komandalarından yaşı 18-dək olan 8 paralimpiyaçı iştirak edib. Naxçıvan MR Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi yoldaşlıq görüşü fiziki imkanları məhdud uşaq və yeniyetmələrin reabilitasiyası, onların idmana cəlbi və stolüstü tennisə olan maraqlarının yüksəldilməsi məqsədilə keçirilib.

Nəticələrə əsasən, ümumi hesabda 3:1 hesablı üstünlük əldə edən paytaxt təmsilçisi görüşün qalibi olub.

Sonda bütün idmançılara hədiyyələr təqdim olunub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
17.07.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021