Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan karateçiləri “Çanaqqala” turnirini uğurla tamamlayıblar

      Türkiyədə “İstiqlal Marşı”nın qəbul edilməsinin 100-cü ildönümünə həsr olunan 5-ci Çanaqqala Open Beynəlxalq Karate Turniri keçirilib. Naxçıvan Karate-do Federasiyasının idmançıları da yarışda öz bacarıqlarını nümayiş etdiriblər. Qaydalara əsasən, idmançılar eyni anda müvafiq və bir üst kateqoriyada keçirilən kumite yarışlarında iştirak etmək imkanı əldə ediblər. Təmsilçilərimiz bu fürsəti lazımi şəkildə dəyərləndirə biliblər. Turnirə qatılan 3 karateçimizdən hər biri uğurlu nəticə göstərərək adını mükafatçılar sırasına yazdırıb.

Rafiq Hüseynli müvafiq çəki dərəcələri üzrə 10 yaşlılar arasında 1 qızıl, 1 gümüş və “11 yaş” kateqoriyasında 1 gümüş medal əldə edib, əlavə olaraq komanda tərkibində 3-cülük qazanıb. Nərgiz Həsənli 12 yaşlılar arasında qalib adına layiq görülüb, özündən bir yaş böyüklərin yarışında isə 3-cü pillədə qərarlaşıb. Digər idmançımız Yaqub Qəmbərov 13 yaşlılar arasında bürünc medala layiq görülüb. Beləliklə, Naxçıvan karateçiləri beynəlxalq turniri 2 qızıl, 2 gümüş və 3 bürünc medalla tamamlayıblar.

Qeyd edək ki, ənənəvi yarışda 5 ölkə, 80-dən çox klub və vilayət təmsilçiləri olmaqla ümumilikdə 500-dən çox idmançı iştirak edib. Yarışlar karatenin “kata” və “kumite” növləri üzrə keçirilib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
17.08.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021