Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyi

      “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə keçirilən yarış Olimpiya İdman Kompleksində reallaşıb. Naxçıvan Kikboksinq Federasiyası ilə Gənclər və idman idarəsi tərəfindən birgə təşkil olunan birinciliyə “Naxçıvan-1”, “Naxçıvan-2”, “Şərur”, “Kəngərli”, “Odlar yurdu” komandaları və “Turan” Döyüş Klubundan ümumilikdə 70 idmançı qatılıb. Görüşlər 3 yaş kateqoriyasında 18 çəki dərəcəsi üzrə keçirilib.

Olimipiya sisteminə əsasən qaliblərin müəyyən olunduğu yarışda 2003-2005-ci il təvəllüdlü idmançılar arasında Şəmsəddin Əliyev (51 kq), İsmayıl Yaqubov (60 kq), Fərid Məhərrəmov (63 kq), 2006-2007-ci il təvəllüdlü idmançılar arasında Tuncay Qasımov (39 kq), Sadiq Hacıyev (42 kq), Gündüz Bağırov (51 kq), Ceyhun Kazımov (54 kq), Səhhət Əsədov (57 kq), Sarvan Mirzəyev (60 kq), Süleyman Adıgözəlov (66 kq), Kənan Allahverdiyev (71+kq), 2008-2009-cu il təvəllüdlü idmançılar arasında isə Qasım Xəlilov (36 kq), Sinan Kazımov (39 kq), Murad Şükürlü (42 kq), Uğur Əliyev (47 kq), Məhəmmədəli Qasımov (51 kq), Sinan Bağırlı (57 kq), Hüseyn Zamanlı (60+ kq) rəqiblərini məğlub edərək fəxri kürsünün ilk pilləsinə qalxıblar.

Komanda hesabında “Turan” Döyüş Klubu 1-ci olub. “Naxçıvan” komandası 2-ci, “Naxçıvan-2” isə 3-cü sırada qərarlaşıb. İlk üçlükdəki idmançılara diplom və medallar təqdim edilib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
17.08.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021