Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Maarifləndirici tədbir keçirilmişdir

      17 sentyabr 2019-cu il tarixdə Gənclər və İdman Nazirliyinin akt zalında Fövqəladə Hallar Nazirliyi tərəfindən mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

Əvvəlcə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli çıxış edərək tədbirin mahiyyəti haqqında, həmçinin Nazirlik tərəfindən keçirilən bir sıra tədbirlərdə gənclərə mülki müdafiə qaydalarının təbliğ olunması haqqında məlumat vermişdir.

Sonra Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi Emin Qasımov “Müəssisə və təşkilatlarda mülki müdafiə işinin təşkili, fövqəladə hallara hazırlıqla bağlı müəyyən olunmuş tələblərin yerinə yetirilməsi qadaları” mövzusunda çıxış etmişdir. Daha sonra Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçiləri Əbülfəz Qafarov və Azadə Cəfərova “Müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyinin təmin olunmasına qoyulan tələblər.

Dəm qazı və ondan qorunma yolları”, “Fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydalarını hamı bilməlidir” mövzularında slayd vasitəsi ilə çıxış edərək tədbir iştirakçılarına ətraflı məlumat vermişlər.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
17.09.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2019