Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Voleybol üzrə klublararası muxtar respublika birinciliyinin mükafatçıları bəlli olub

      İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərinin voleybol klubları arasında muxtar respublika birinciliyinin final mərhələsi oyunları keçirilib. Yarışa şəhər və rayon mərhələlərində uğur qazanan 11 komanda qatılıb.

Yarışın reqlamentinə əsasən komandalar olimpiya sistemi üzrə mübarizə aparıblar. Dünən start götürən yarışda bu gün yarımfinal və final qarşılaşmaları reallaşıb. Həlledici oyunda Şərur Fizika-riyaziyyat təmayüllü liseyin komandasından üstün olan “Şərur” birinciliyin qalibi olub. Üçüncülük matçında isə “Ordubad” və “Sədərək” məktəbliləri meydanda olub. Görüş ordubadlıların qələbəsi ilə yekunlaşıb.

Gənclər və idman naziri Ramil Hacı, Təhsil naziri Rəhman Məmmədov və Voleybol Federasiyasının sədri Mənşur Gülməmmədli mükafatlandırma mərasimində iştirak ediblər. İlk üçlükdəki komandalara diplom, medal və kuboklar təqdim olunub.

Qeyd edək ki, məktəblilərin fiziki hazırlığı və idman vərdişlərini artırmaq, asudə vaxtlarının səmərəli təşkili və respublika səviyyəli yarışlarda iştirak edə biləcək güclü yığma komanda formalaşdırmaq məqsədilə keçirilən birincilik Gənclər və İdman, Təhsil nazirlikləri və Voleybol Federasiyası tərəfindən birgə təşkil olunub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
17.11.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021