Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Könüllü gənclərin Dövlət Bayrağı Muzeyinə ekskursiyası

      Naxçıvan Mutar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan ekskursiyada 20 nəfər könüllü gənc iştirak edib.

Nazirliyin əməkdaşı Valeh Mahmudov çıxış edərək bildirib ki, ilbəil gənclərin iştirakı ilə davamlı olaraq ekskursiyalar təşkil olunur. Məqsəd gənclərə vətənpərvərlik və milli dəyərlərə hörmət ruhunun aşılanması, muxtar respublikanın tarixi-mədəni və turizm əhəmiyyətli məkanlarının tanıdılması, xalqımızın milli adət-ənənələrinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsinə zəmin yaratmaqdır.

Muzeylə tanışlıq zamanı gənclərə sözügedən məkanın yaranma tarixi və ekspozisiyası haqqında məlumat verilib. Bələdçi bildirib ki, burada tarixən Naxçıvan ərazisində mövcud olan dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olmuş bayraqları, gerbləri və inzibati xəritələri, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri nümayiş olunur. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilən üçrəngli bayrağımız ikinci dəfə ulu öndər Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırılıb. Muzeydə həmin illərdə qəbul olunan tarixi qərarlar, Azərbaycan Respublikasının Dövlət Bayrağı və digər dövlət atributları haqqında ətraflı məlumatlar yerləşdirilib. Bildirilib ki, Ali Məclis Sədrinin Sərəncamı ilə hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
17.11.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021