Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Tələbə Gənclər Həftəsinin yekun tədbiri keçirilib

      Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin birgə təşkilatçılığı ilə Tələbə Gənclər Həftəsi çərçivəsində müxtəlif idman birincilikləri, intellektual yarışlar, film nümayişləri, müsabiqə və ekskursiyalar reallaşıb. Noyabrın 17-də Naxçıvan Uşaq Teatrında keçirilən mükafatlandırma mərasimi bu mənada sonuncu olub.

Tədbirin aparıcıları tərəfindən Beynəlxalq Tələbə Gənclər Həftəsinin tarixi və həftə ərzində keçirilən tədbirlər barədə məlumatlar diqqətə çatdırılıb.

Gənclər və idman naziri Ramil Hacı çıxışında bildirib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlət gənclər siyasəti mühüm əhəmiyyətə malikdir. Bu siyasət muxtar respublikada da uğurla həyata keçirilir. Gənclərin məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, onların hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği diqqət mərkəzindədir. Müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyəti muxtar respublika rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilir.

YAP Naxçıvan MR Təşkilatının icra katibi Anar İbrahimov bildirib ki, gənclər siyasətinin bütün istiqamətləri üzrə dövlət proqramları icra olunur. Gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi istiqamətində çox vacib və silsilə tədbirlər görülür.

Çıxış edənlər Tələbə Gənclər Həftəsi ilə bağlı təşkil olunan tədbirlərin əhəmiyyəti haqqında danışıb, gəncləri təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra mükafatlandırma mərasimi başlayıb. Ali və orta ixtisas təhsili müəssislərinin tələbələri arasında keçirilən “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu, şən və hazırcavablar klubları arasında müsabiqə, peyntbol, badminton, stolüstü tennis və mini futbol üzrə “Tələbə kuboku” uğrunda muxtar respublika birinciliklərində ilk üç yerə sahib olan gənclər diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
17.11.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021