Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Gənclər arasında oxçuluq yarışı

      Gənclər arasında oxçuluq üzrə muxtar respublika açıq birinciliyi Naxçıvan Atıcılıq Mərkəzində reallaşıb. Yarış gənclərin atıcılıq idman növlərinə marağını artırmaq, onların asudə vaxtının səmərəli təşkili və ən yaxşı atıcıları müəyyən etmək məqsədilə keçirilib.

Gənclər və İdman Nazirliyi və Atıcılıq Federasiyası tərəfindən birgə təşkil olunan yarışda ümumilikdə 42 nəfər iştirak edib.

Nəticələrə gəlincə, hədəfə daha sərrast atışlar icra edən Hüseyn Əhmədli qalib olub. Ələsgər Qurbanov və Qasım Əliyev müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda qərarlaşıblar.

İlk üçlükdə qərarlaşan iştirakçılara diplom, xatirə barelyefi və peyntbol oyunu üçün kupon təqdim edilib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
17.11.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021