Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Qış kuboku”nun qalibləri müəyyən olub

      Gənclər arasında “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu üzrə “Qış kuboku”nun qalibləri müəyyən olub.

17 dekabr 2020-ci il tarixdə Naxçıvan Dövlət Texniki Kollecində “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il münasibətilə gənclər arasında “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu üzrə “Qış kuboku” keçirilmişdir. Oyun başlamazdan əvvəl Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov çıxış edərək oyunun keçirilməsində məqsədin muxtar respublikada yeniyetmə və gənclərin intellektual fəaliyyətə cəlb edilməsi, onların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması və asudə vaxtlarının səmərəli təşkil edilməsi olduğunu bildirmişdir. Oyunda iştirak edən komandalara uğurlar arzulamış və gəncləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il münasibətilə təbrik etmişdir.

Oyun 2 turdan ibarət olmuş, hər turda 12 sual səsləndirilmişdir. Sonda daha çox suala düzgün cavab verən komandalar qalib hesab olunmuşlar.

Beləliklə, “Diplomat” komandası I yerə, “Qasırğa” komandası II yerə, “8 Noyabr” komandası III yerə çıxmışdır. Sonda qaliblərə Gənclər və İdman Nazirliyi tərəfindən kubok, diplom, fəxri fərman, oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələri təqdim olunmuşdur.

Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 30 gənc iştirak etmişdir.

     


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
17.12.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020