Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Basketbol və Paralimpiya federasiyaları arasındakı matç
həlledici olacaq

      Uzunoba Təlim-Məşq İdman Kompleksinin üstüörtülü mini futbol meydançasında muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları arasında mini futbol birinciliyi yekunlaşmaq üzrədir. Bu gün keçirilən iki oyunun nəticəsinə əsasən finalçılar bəlli olub. Əvvəlcə Basketbol və Güləş federasiyaları meydanda olub. Oyun basketbolçuların 9:3 hesablı qələbəsi ilə bitib. Paralimpiya və Atıcılıq federasiyalarının görüşü daha maraqlı və gərgin keçib. Oyunun əsas vaxtı 3:3 hesablı bərabərliklə bitib. Penaltilər seriyasını üstünlüklə tamamlayan paralimpiyaçılar matçın qalibi olublar. Bu nəticələrə əsasən sabah Basketbol və Paralimpiya federasiyaları finalda, Atıcılıq və Güləş federasiyaları isə üçüncülük matçında üz-üzə gələcək.

Birinciliyin sonunda ilk üçlükdə qərarlaşan komandalar mükafatlandırılacaq. Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkilatçılığı əsasında keçirilən yarışın məqsədi idman sahəsində kütləviliyi artırmaq, federasiya əməkdaşları, məşqçi və idmançıların dostluq əlaqələrini möhkəmləndirmək, onların mini futbola olan marağını yüksəltmək və asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
17.12.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021