Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Onlayn təlim təşkil olunmuşdur

      Dövlət İdarəçilik Akademiyası tərəfindən təşkil olunmuş onlayn təlimdə muxtar respublikanın rayon (şəhər) gənclər və idman idarələrinin rəisləri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlıq əsasında 16-17 mart 2021-ci il tarixlərdə “Gənclər siyasəti yeni çağırışlar şəraitində” adlı onlayn təlim keçirilmişdir. Təlimin məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» haqda sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək, prosesdə gənclərin daha fəal iştirakına nail olmaqdır. Təlimin ilk günündə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri İrfan Davudov, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov müvafiq mövzularda çıxış etmişlər. Təlimin ikinci günündə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və digər qurumların nümayəndələrinin müxtəlif mövzularda mühazirələri dinlənilmişdir.

Keçirilən təlimdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin rayon (şəhər) idarə rəisləri iştirak etmişlər.



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
18.03.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020