Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Peyntbol üzrə muxtar respublika birinciliyi keçirilib

      Ali və orta ixtisas təhsili müəssisələrinin oğlanlardan ibarət komandaları arasında keçirilən yarış Atıcılıq Mərkəzinin peyntbol arenasında reallaşıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkil etdiyi birincilik gənclərə vətənpərvərlik ruhunun aşılanması, asudə vaxtlarının idmanla dəyərləndirilməsi və atıcılıq idman növlərinin təbliği məqsədilə keçirilib. Olimpiya sisteminə əsasən, qalibin müəyyənləşdiyi yarışda Naxçıvan Dövlət Universiteti (NDU) və “Naxçıvan” Universitetinin (NU) komandaları finalda bir-birinə rəqib olub. Həlledici oyunun qalibi olan NDU peyntbol üzrə muxtar respublika birincisi adına layiq görülüb. NU və Naxçıvan Tibb Kollecini təmsil edən komandalar müvafiq olaraq 2-ci, 3-cü sıralarda qərarlaşıblar.

Mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov və Federasiyanın sədr müavini Vasib Abdullayev yarışın keçirilmə məqsədlərindən bəhs edib, iştirakçılara uğurlar arzulayıblar.

İlk üçlükdə qərarlaşan komandalara diplom, kubok və peyntbol mərmiləri təqdim edilib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
18.05.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020