Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Gənclərin növbəti "Yay məktəbi" sona çatıb

      Gənclərin istirahətini səmərəli təşkil etmək məqsədilə Ağbulaq İstirahət Mərkəzində reallaşan Yay məktəbinin ilk günündə iştirakçılar mərkəzin turizm imkanları, ərazidəki fəaliyyət növləri ilə tanış olublar. Gənclərə tədbirin təşkil olunma məqsədləri və proqramı haqqında məlumat verilib. Gün ərzində gənclər müxtəlif idman oyunları, "Vətəni tanı" və “Xəmsə" İntellektual Oyununda iştirak ediblər. Gecə saatlarında ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən “Dahi şəxsiyyət” sənədli filmi izlənilib.

İkinci gün səhər gimnastikası ilə başlayıb. Ağbulaq kəndi ərazisində gəzintidə iştirak edən gənclər ardınca STEAM təlimində iştirak edib. Gün ərzində “Gender bərabərliyi” və “Sosial şəbəkələrin cəmiyyətdəki rolu” mövzularında müzakirələr aparılıb, gənclərin yumoristik səhnəcikləri izlənilib. Gecə saatlarında isə Milli Qəhrəman Polad Həşimova həsr olunan “Poladın 7 anı” sənədli filmi nümayiş etdirilib. Sonuncu gün iştirakçılar fotomüsabiqə və "Gələcək üçün maliyyə" mövzusunda təlimdə iştirak ediblər. Yay məktəbində fərqlənən gənclər sertifikat, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunan 3 günlük "Yay məktəbi"nə orta ixtisas təhsili müəssisələrinin tələbələri və könüllü gənclər cəlb olunub. 22-25 avqust tarixlərinə nəzərdə tutulan növbəti mərhələdə isə Heydər Əliyev adına Hərbi Liseyin kursantları iştirak edəcək.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
18.08.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021