Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Maliyyə məktəbi” layihəsi çərçivəsində təlim təşkil olunub

      Şərur rayonundan olan gənclərin iştirakı ilə “Gələcək üçün maliyyə” mövzusunda keçirilən təlimin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, onlar arasında maliyyə savadlılığını təşviq etmək, onları gəlir, qənaət, xərc, investisiya, büdcə haqqında məlumatlandırmaq olub.

Tədbirin əvvəlində Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin əməkdaşı Zəhra İsmayılova muxtar respublikada gənclərə göstərilən dövlət qayğısı, gənclərin maarifləndirilməsi istiqamətində həyata keçirilən təlim və seminarlar haqqında ətraflı məlumat verərək bildiriblər ki, fərqli mövzularda keçirilən seminarlar, təlimlər rayon gənclərində dünyagörüşünün artırılmasına, gələcək karyera istiqamətləri üçün yeni bilik və bacarıqların qazanılmasına müsbət təsir edir və şəxsi inkişaflarına kömək olur. Davamlı olaraq keçirilən bu tipli təlimlər də məhz bu məqsədlərə xidmət edir.

Daha sonra Maliyyə Tədris Mərkəzinin təlimçiləri İbrahim Şərifov və Kərim Nəcəfov “Pulun formalaşması və yeni nəsil valyuta”, “Büdcə nədir?”, “Büdcənin düzgün şəkildə idarə edilməsi”, “Şəxsi pul vəsaitlərinin planlı şəkildə istifadəsi”, “Yığım və investisiyanın əhəmiyyəti” və digər mövzular haqqında ətraflı məlumat veriblər. Təlim müddətində həmçinin mövzular ətrafında hazırlanmış suallardan ibarət intellektual yarışlar keçirilib, yarışların nəticələrinə əsasən ilk 3 yeri tutmuş komandalar təşkilatçılar tərəfindən sertifikat və hədiyyələrlə təltif olunublar. Gənclər və İdman Nazirliyi və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Şərur Olimpiya İdman Kompleksində keçirilən təlimdə 40 nəfər gənc iştirak edib.

Qeyd edək ki, noyabr ayından start götürən “Maliyyə məktəbi” layihəsinin növbəti aylarda muxtar respublikanın digər rayonlarında da həyata keçirilməsi nəzərdə tutulur.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
18.11.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021