Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Basketbol Federasiyası mini futbol birinciliyinin qalibi olub

      Muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları arasında mini futbol birinciliyi başa çatıb. Uzunoba Təlim-Məşq İdman Kompleksinin üstüörtülü mini futbol meydançasında keçirilən yarışda bu gün final və üçüncülük görüşləri keçirilib.

Güləş və Atıcılıq federasiyaları arasındakı matçın taleyi penaltilər seriyasında bəlli olub. Belə ki, əsas vaxtı 3:3 hesabı ilə bitən oyunun qalibi Atıcılıq Federasiyası olub. Sonra Basketbol və Paralimpiya federasiyaları həlledici final oyununda üz-üzə gəliblər. Qarşılaşmanın ilk dəqiqələrindən üstünlüyü ələ alan basketbolçular yekunda 8:3 hesablı qələbə qazanaraq birinciliyin qalibi olublar.

Oyundan sonra Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacının iştirakı ilə mükafatlandırma mərasimi keçirilib. İlk üçlükdə qərarlaşan komandalar və üzvləri diplom, medal və kubokla təltif olunublar.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkilatçılığı əsasında keçirilən yarışın məqsədi idman sahəsində kütləviliyi artırmaq, federasiya əməkdaşları, məşqçi və idmançıların dostluq əlaqələrini möhkəmləndirmək, onların mini futbola olan marağını yüksəltmək və asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
18.12.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021