Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan boksçuları İranda keçirilən turnirdə uğurla çıxış ediblər

      İran İslam Respublikasının Urmiya şəhərində keçirilən beynəlxalq boks turnirində Naxçıvan Boks Federasiyasının idmançıları da iştirak edib.

Ümumilikdə 7 komandanın qatıldığı turnirdə Naxçıvan yığması 14 idmançı ilə təmsil olunub. İdmançılarımızdan Elbrus Kərimli (50 kq), Möhsün Həsənzadə (52 kq), Nazim Abazərli (54 kq), Nizami Novruzov (57 kq), Murad Rəhimov (63 kq), Olaboye Davidlekon (75 kq) və Məhəmmədəli Bağırov (91 kq) öz çəki dərəcələrində birinci olublar. “Naxçıvan” komandası bu göstəricilərə əsasən yarışın yekun sıralamasında ikinci yerdə qərarlaşıb.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
19.01.2022







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2022