Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Güləşçilərimiz respublika səviyyəli yarışda 4 medal qazanıb

      Masallı Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş güləş üzrə açıq rayon turniri keçirilib. Paytaxt Bakı və bölgələrdən ümumilikdə 400-dən çox güləşçinin qatıldığı yarışda Naxçıvan Güləş Federasiyasının idmançıları da iştirak edib.

Federasiyanın sədr müavini Faiq İsgəndərovun rəhbərliyi ilə turnirə yollanan 7 güləşçimizdən 4-ü ümidləri doğruldaraq mükafatçılar sırasına düşüb.

Təmsilçilərimizdən Ələkbər Əsgərov 26 kq çəki dərəcəsində finaladək maneəsiz irəliləsə də, həlledici görüşdə məğlubiyyətlə üzləşərək gümüş medalla kifayətlənib. Digər 3 güləşçimiz - Məhəmməd Hümbətov (35 kq), Məhəmməd İsmayılov (42 kq) və Süleyman Məmmədov (92 kq) turniri üçüncü sırada bitiriblər.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
19.01.2022







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2022