Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan Paralimpiya Federasiyasının ötən ilin yekunları
və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib

      İclası giriş sözü ilə açan federasiyanın sədri Nicat Babayev bildirib ki, fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının bərpası, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Bu baxımdan müvafiq kateqoriyadan olan şəxslər arasında idmanın reabilitasiyanın bir növü kimi təbliği, onların aktiv şəkildə paralimpiya bölmələrinə cəlb edilməsi daim diqqət mərkəzində saxlanılır. Federasiya sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək diqqət və qayğısı sayəsində idmançılar, o cümlədən paralimpiyaçılar hərtərəfli qayğı və dəstəklə əhatə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2020-ci il tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq olunub, ötən il ərzində proqramın icrası istiqamətində müvafiq tədbirlər icra edilib. Görülən işlər çərçivəsində, 2021-ci ildə Paralimpiya Federasiyanın Şərur rayonunda ağırlıqqaldırma, Ordubad rayonunda isə tennis bölmələri istifadəyə verilib, mövcud bölmələrin maddi-texniki təchizatı yaxşılaşdırılıb.

Azərbaycan Paralimpiya Komitəsinin mütəxəssisləri tərəfindən federasiyasının yerli bölmə rəhbərləri və məşqçiləri üçün onlayn seminar, tennis ilə məşğul olan paralimpiyaçılar üçün isə təlim təşkil olunub, həmçinin federasiyanın üç paralimpiyaçısı və bir məşqçi-müəllimi qolbol idman növü üzrə milli komandanın təlim-məşq toplanışına cəlb olunub. Nicat Babayev əlavə edib ki, istedadlı paralimpiyaçıların ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib və nəticədə onlar 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər. Ötən il ilk dəfə olaraq, Avropa çempionatında Azərbaycan Milli Komandasının heyətində muxtar respublika paralimpiyaçısı da iştirak edib.

Ali Məclis Sədrinin rəhbərliyi altında muxtar respublikamızda idman və idmançılara dövlət qayğısının ən yüksək səviyyədə olduğunu deyən gənclər və idman naziri Ramil Hacı bildirib ki, nazirlik idmanın inkişafı və təbliğinə nail olmaq üçün muxtar respublikanın bütün idman federasiyaları ilə qarşılıqlı fəaliyyət göstərir və bu sahədə dövlət siyasətini həyata keçirir. Qeyd olunub ki, bədən tərbiyəsi və idman sahəsi üzrə 189 tədbir keçirilmiş, eyni zamanda Naxçıvan idmançıları tərəfindən ölkə səviyyəli yarışlarda 47, beynəlxalq turnirlərdə 14, Avropa çempionatında 1, dünya çempionatlarında isə 20 medal olmaqla ümumilikdə 82 medal qazanılmışdır. Bunlardan 27-si qızıl, 32-si gümüş və 23-ü bürünc medaldır və bu Naxçıvan idmanı tarixində medalların əyarına görə qazanılan ən yüksək göstəricidir. Bütün bunlar Naxçıvanda idman siyasətinin düşünülmüş şəkildə aparılmasının bariz nümunəsidir.

Ramil Hacı vurğulayıb ki, muxtar respublika idmanında davamlı inkişaf, qazanılan uğur və nailiyyətlərə baxmayaraq qarşımızda mühüm vəzifələr dayanır. İdman federasiyaları və aidiyyəti qurumlarla birgə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilməlidir. Gənc nəslin, əhalinin, xüsusən də sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi, bu sahədə kütləviliyin artırılması, idmanın müxtəlif növləri üzrə muxtar respublika, ölkə və beynəlxalq səviyyəli yarışların təşkili, idmançılarımızın irimiqyaslı yarışlarda iştirakı təmin edilməlidir. Xarici əməkdaşlıq əlaqələri artırılmalı, digər ölkələrdə uğurla sınaqdan keçmiş təcrübələr tədbiq edilməli, təcrübəli mütəxəssislərin Naxçıvana dəvət olunması davam etdirilməlidir.

Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov çıxışında ötən il görülən işlər barədə hesabat xarakterli məlumat verib. İclasda Federasiyanın fəaliyyətində ötən il qeydə alınan nöqsanlar müzakirə edilib, cari il üçün Tədbirlər Planı təsdiq olunub. Tədbirin davamında ötən il ölkə səviyyəli yarışlarda uğur qazanan idmançılar mükafatlandırılıblar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
19.01.2022







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2022