Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Seminar keçirilmişdir

      19 fevral 2020-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda gənclərə “Fərdi inkişaf təlimi” adı altında “Özgüvənin həyatımızda rolu” mövzusunda seminar keçirilmişdir.

Əvvəlcə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov, “Optimal” Qrup MMC-nin direktoru Murad Rüstəmov çıxış edərək təlimin mahiyyəti haqqında məlumat verərək bildirmişlər ki, bu gün gənclərin ictimai fəallığının artırılması, onların təhsil, beynəlxalq və sosial proqramlarda iştirakının stimullaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Gənclər də keçirilən tədbirlərdə öz fəallıqları ilə seçilirlər. Keçirilən təlimin də məqsədi məhz gənclərdə özünəinam hissinin formalaşdırılması və gənclərin zəngin dünyagörüşünə, dünyəvi biliklərə malik güclü şəxsiyyət kimi yetişdirilməsidir. Sonra “Optimal” Qrup MMC-nin psixoloqu Əsmər Rzayeva çıxış edərək bildirmişdir ki, özünəinam hissi insanın özünə güvənməsi, sevməsi, bütün gözəlliklərə layiq olduğuna inanması, öz mənliyinə olan hörmətin, özünə qarşı məmnuniyyətin ifadəsidir. Özünəinam hissi sonradan yaranan bir proses deyil və bu hiss insanla birgə doğulur və formalaşır. Yaşadığı mühitin və cəmiyyət insanda özünəinam hissinin formalaşmasında mühüm rol oynayır. Daha sonra “Özgüvən nədir?”, “Özgüvəni neçə artırmalı?”, “Özünəinam hissini yenidən neçə qazana bilərik?” “Sözlərin həyatımıza təsiri” mövzularında gənclərlə birlikdə müzakirələr aparılmışdır. Sonda gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Optimal” Qrup MMC-nin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 150 nəfər gənc iştirak etmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
19.02.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020