Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Armrestlinq birinciliyi keçirilmişdir

      19 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində sağlamlıq imkanları məhdud şəxslər arasında armrestlinq (qol güləşi) üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir.

Birinciliyin keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud şəxslər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olmaq, asudə vaxtlarının səmərəli keçirilməsi üçün onlar arasında idmanın, o cümlədən idmanın armrestlinq (qol güləşi) növünün inkişaf etdirilməsi olmuşdur. 2 çəki dərəcəsində (75 kiloqramadək, 75 kiloqramdan yuxarı) keçirilən birincilikdə 30-a yaxın sağlamlıq imkanları məhdud şəxs iştirak etmişdir. Gərgin və maraqlı mübarizə şəraitində keçirilən birinciliyin yekun nəticəsinə əsasən 75 kiloqramadək çəki dərəcəsində Hüseynov Turan I, Hacıyev Zamin II, Möhsünlü Vüsal III, 75 kiloqramdan yuxarı çəki dərəcəsində Cəfərov Cəfər I, Həmzəyev Kərəm II, Şirinov Telman III yerin sahibi olmuşlar. Qaliblər təşkilatçıların diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
19.02.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020