Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













İngilis dilində intellektual oyun təşkil olunub

      19 fevral 2021-ci il tarixdə Gənclər və İdman Nazirliyinin akt zalında gənclər arasında ingilis dilində “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir.

Əvvəlcə Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva çıxış edərək bildirmişdir ki, bu gün muxtar respublikada gənclərin asudə vaxtının səmərəli təşkil olunması məqəsdilə bir sıra tədbirlər təşkil olunur. İntellektual oyunların keçirilməsi də məhz gənclərin asudə vaxtının səmərəli təşkil olunması ilə yanaşı onların dünyagörüşünü formalaşdırır, intellektual səviyyələrini yüksəldir. Bu gün də keçirilən oyunun məqsədi gənclərin xarici dil öyrənməyə marağının artırılması, intellektual fəaliyyətə cəlb edilməsi, müxtəlif xarici dillərdə intellektual oyunların kütləviliyinin təmin edilməsi olduğunu bildirmiş, iştirakçılara uğurlar arzulamışdır. “Bəlli”, “Şərtli”, “Sirli”, “Fərdi” və “Xəmsə” raundlarından ibarət olan oyunda ən çox xal nominalı toplayan “Success” komandası qalib adını qazanaraq kubokun sahibi olmuşdur. Oyunda “Rivincita” komandası II yerə, “To run” və “Paradoks” komandaları isə III yerə çıxmışlar. Qalib komandalara təşkilatçılar tərəfindən diplom, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur. 20 nəfər gəncin iştirak etdiyi “Xəmsə” Milli İntellektual Oyunu Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin və “Optimal Qrup” MMC-nin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Qeyd edək ki, komandalar Nazirlik tərəfindən açılmış link vasitəsilə qeydiyyatdan keçərək oyunda iştirak etmək hüququ qazanmışlar.

     


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
19.02.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020