Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə
muxtar respublika birinciliyi keçirilib

      Birincilikdə şəhər və rayon mərhələlərinin qalibləri olmaqla 8 komanda iştirak edib. Gənclər və İdman, Təhsil nazirlikləri, YAP Naxçıvan Muxtar Respublika Təşkilatıın Heydər Əliyev adına Gənclər Birliyi, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən birgə təşkil olunan intellekt oyunu Gənclər Mərkəzində reallaşıb. Yarışa start verilməmişdən öncə Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva və Təhsil Nazirliyinin əməkdaşı Elnur Qasımov çıxış edərək, yeniyetmə və gənclərin intellektual bilikləri, dünyagörüşləri və elmə olan marağının artırılması istiqamətində görülən işlərdən bəhs ediblər. Qeyd olunub ki, birinciliyin keçirilməsində məqsəd yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.

Sonra oyuna start verilib. Yekun nəticələrə əsasən, Kəngərli rayonunu təmsil edən “Yurd” komandası 6000 xallıq göstərici ilə muxtar respublika birincisi adına layiq görülüb. Culfanın “Zirvə” komandası 2800 xalla ikinci, Şahbuz təmsilçisi “Polad” isə 1200 xalla üçüncü sırada qərarlaşıblar.

Komandalar kubok, diplom, fəxri fərman və oxunması zəruri olan kitablarla təltif


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
19.05.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020