Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Məşqçi və idmançıların iştirakı ilə ekskursiyalar təşkil olunub

      Federasiya nümayəndələri, məşqçi və idmançıların növbəti istiqaməti Naxçıvan şəhərində yerləşən məkanlar olub. Qrafikə uyğun olaraq bugünkü gəzintidə Atıcılıq, Hava və Ekstremal İdman Növləri, Paralimpiya və Kikboksinq federasiyalarının təmsilçiləri iştirak ediblər. Atıcılar Heydər Əliyev muzeyində, ekstrim idmançıları Dövlət Bayrağı Muzeyində, paralimpiyaçılar Naxçıvan Biznes Mərkəzində, kikboksçular isə Nəbatat bağında olublar.

Qeyd edək ki, tarixi gerçəkliklərin təbliğ olunması, ictimai-siyasi və yaradıcı aləmdə fəaliyyəti olan dahi şəxsiyyətlərimizin daha yaxından tanıdılması, xalqımızın qədimdən bu günə miras buraxdığı milli mənəvi dəyələrə bağlılıq hissi yaradılması, turizm və iqtisadi imkanların təbliği məqsədilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları üçün ilbəil təşkil olunan ənənəvi ekskursiyalar davam etdirilir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
19.06.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021