Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Məşqçi və idmançıların iştirakı ilə muzey gəzintisi təşkil olunub

      Naxçıvanın turizm potensialı və iqtisadi imkanları ilə tanışlıq, tarixi gerçəkliklərin təbliğ olunması, ictimai-siyasi və yaradıcı aləmdə fəaliyyəti olan dahi şəxsiyyətlərimizin daha yaxından tanıdılması, və xalqımızın qədimdən bu günə miras buraxdığı milli mənəvi dəyərlərə bağlılıq hissi yaradılması məqsədilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları üçün ilbəil təşkil olunan ənənəvi ekskursiyalar davam etdirilir.

Federasiya nümayəndələri, məşqçi və idmançıların növbəti istiqaməti Naxçıvan şəhərində yerləşən tarixi-mədəni və iqtisadi əhəmiyyətli məkanlar olub. Qrafikə uyğun olaraq bugünkü gəzintidə Atletika, Basketbol, Voleybol və Futbol federasiyalarının təmsilçiləri iştirak ediblər. Atletlər Heydər Əliyev Muzeyində, basketbolçular Dövlət Bayrağı Muzeyində, voleybolçular Naxçıvan Dövlət Tarix Muzeyində, futbolçular isə Naxçıvan Biznes Mərkəzində olublar. Ekskursiyalar zamanı iştirakçılar bələdçilər tərəfindən aidiyyatı üzrə maraqlı faktlarla bağlı məlumatlandırılıblar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
19.11.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021