Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Rəsm müsabiqəsi keçirilmişdir

      20 avqust 2020-ci il tarixdə Beynəlxalq gənclər günü ilə əlaqədar Əcəmi Seyrəngahında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Naxçıvan abidələr diyarı” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir.

Əvvəlcə Gənclər və İdman Nazirliyinin əməkdaşı Ayaz Cabbarov, Təhsil Nazirliyinin əməkdaşı Rəşad Adıgözəlov və Gənclər Fondunun əməkdaşı Arzu Qasımov çıxış edərək müsabiqənin keçirilməsində məqsədin “Beynəlxalq Gənclər Günü”nün qeyd edilməsi, muxtar respublikanın tarixi abidələrinin tanıdılması, gənclərdə vətənpərvərlik, Vətənə məhəbbət hisslərinin yüksəldilməsi, istedadlı gənclərin üzə çıxarılması, onların bacarıqlarının təkmilləşdirilməsi üçün lazımi şəraitin formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkili olduğunu bildirmişlər. Həmçinin, muxtar respublikada gənclər üçün yaradılmış şərait, onların asudə vaxtlarının səmərəli təşkili üçün həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat vermiş, müsabiqədə iştirak edən gənclərə uğurlar arzulamışlar. Sonra iştirakçılar onlara ayrılmış 2 saat ərzində təsviri incəsənət janrında kağız üzərində sərbəst texnika ilə muxtar respublikada mövcud olan tarixi abidələri təsvir etmişlər. Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilmişdir. Belə ki, Nisəbəyim Babayeva müsabiqənin qalibi olmuş, Turac Bağırlı və Rauf Əhmədov II yerlərə, Aytac Novruzlu, Nərmin Ələkbərova və Həcər Bəylərova isə III yerlərə layiq görülmüşlər. Qaliblərə təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur.

20 nəfər gəncin iştirak etdiyi müsabiqə Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Gənclər Fondunun və Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
20.08.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020