Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi

      Məktəblilərin yay tətilinin səmərəli təşkili və idmançıların ustalıq səviyyəsinin artırılması məqsədilə keçirilən yarışda 2008-2011-ci il təvəllüdlü yeniyetmələr iştirak ediblər. İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan birincilik Naxçıvan Güləş Federasiyası ilə Gənclər və idman idarəsi tərəfindən birgə təşkil olunub. Naxçıvan, Şərur və Culfadan ümumilikdə 8 çəki dərəcəsi üzrə 60-a yaxın idmançı qələbə uğrunda mübarizə aparıb. Olimpiya sisteminə əsasən qaliblərin müəyyən olunduğu yarışda Yusif Əhmədli (27 kq, Naxçıvan), Zəkəriyyə Həsənzadə (30 kq Naxçıvan), Əliislam Səfərli (34 kq, Naxçıvan), Məhəmməd Mədətli (38 kq, Naxçıvan), Qurban Məmmədli (42 kq, Culfa), Atilla Rəhimli (46 kq, Naxçıvan), Vaqif Cabbarov (50 kq, Naxçıvan) və Əli Hüseynov (50+ kq, Naxçıvan) oğlanlar arasında qalib olublar.

Qızlar arasında isə Naxçıvan təmsilçiləri Aylin Məmmədli (26 kq), Sənubər Qurbanova (34 kq) və Səkinə Bağırlı (46 kq) rəqiblərini məğlub edərək fəxri kürsünün ilk pilləsinə qalxıblar.

İlk üçlükdəki idmançılara diplom və medal təqdim edilib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
20.08.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021