Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvanlı boksçu dünya kubokunun mükafatçıları sırasında

      Rusiyanın Nijnevartovsk şəhərində 19-40 yaşlı qadın və kişi idmançılar arasında boks üzrə neft ölkələrinin XVIII dünya kuboku keçirilib. Sosialist Əməyi Qəhrəmanı, Sibirdə nəhəng neft və qaz yataqlarını kəşf etmiş həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunan yarışda 16 ölkədən ümumilikdə 139 boksçu iştirak edib.

Naxçıvan Boks Federasiyasının yetirməsi Eldar Quliyev turnirdə ölkəmizi 86 kq çəki dərəcəsində təmsil edib. İdmançımız ilk görüşündə qazaxıstanlı Novruz Şafoyevə qalib gələrək yarımfinala yüksəlib. Növbəti görüşündə rus bokçu Vadim Şeblıkinlə gərgin keçən döyüşdə məğlubiyyətlə üzləşən boksçumuz bürünc medalla kifayətlənib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
20.12.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021