Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvanda Region Liqanın 5-ci turu çərçivəsində oyunlar keçirilib

      Muxtar respublikada fəaliyyət göstərən futbol klublarının iştirakı ilə liqanın Naxçıvan zonası üzrə növbəti oyunları keçirilib.

Şərurun “Arpaçay” komandası ardıcıl qələbə sayını 5-ə yüksəltməklə turnir cədvəlindəki liderliyini qoruyub. Belə ki, Culfanın “Əlincə” komandası ilə qarşılaşan şərurlular oyundan 1:4 hesablı üstünlüklə ayrılıblar. Bir oyun az keçirən “Araz-Naxçıvan” Kəngərlinin eyni adlı komandasını 4 cavabsız qolla məğlub edərək növbəti qələbəsini qeyd edib. “Sədərək”-“Babək” matçında babəklilərin 0:3 hesablı qalibiyyəti qeydə alınıb. Qarşılıqlı qollarla müşahidə olunan “Batabat” (Şahbuz) - “Dübəndi” (Ordubad) matçında sevinən tərəf Ordubad təmsilçisi olub – 2:3.

Hazırda turnir cədvəlinə 15 xalla “Arpaçay” başçılıq edir. Bir oyun az keçirən “Araz Naxçıvan” 12 xalla ikinci yerdədir. “Əlincə” və “Babək” komandaları isə 9 xallıq göstərici ilə üçüncü, dördüncü sıraları bölüşürlər.

Qeyd edək ki, Naxçıvan zonasında 14 tur oynanılacaq. Qalib komanda Region Liqasının reqlamentinə əsasən ölkə üzrə yarımfinal mərhələsinə birbaşa vəsiqə əldə edəcək.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
20.12.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021