Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Yaradıcı Gənclər Akademisayı”na start verilmişdir

      21 fevral 2020-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Yaradıcı Gənclər Akademisayı”na start verilmişdir.

Əvvəlcə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Murad Babayev çıxış edərək bildirmişdir ki, məktəbdənkənar təhsil müəssisələri uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkilində mühüm əhəmiyyət daşıyır. Ötən il Mərkəzdə Robotexnika, Memarlıq-dizayn, Mental aritmetik, Xalçaçılıq, Metal üzərində bədii döymə, Ağac üzərində oyma, Ebru sənəti, Qum sənəti, Dulusçuluq, Dram, Gimnastika və Sürətli oxu dərnəkləri yaradılıb. Həmçinin, yeniyetmə və gənclərin asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, onların intellektual inkişafı və istedadlarının üzə çıxarılması istiqamətində tədbirlər görülür, dərnək üzvlərinin sərgiləri təşkil olunur. Bu gün təşkil olunan layihənin də məqsədi məhz istedadlı gənclərin üzə çıxarılmasıdır. Daha sonra Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov çıxış edərək bildirmişdir ki, Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin istedad və bacarıqlarının aşkar edilməsi məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər keçirilir. “Yaradıcı Gənclər Akademiyası” layihəsinin həyata keçirilməsində məqsəd muxtar respublikada yaradıcı gənclərin aşkar edilməsi, onların tanıdılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, beynəlxalq layihələrdə iştirakının təmin edilməsi, onların əməyinin qiymətləndirilməsi və onlar üçün yeni stimulun yaradılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsidir. Sonda kurslarda iştirak etmək istəyən gənclərə layihə və kursların keçiriləcəyi günlər haqqında ətraflı məlumat verilmiş, kursları tədris edən müəllimlərlə tanışlıq olmuşdur. Gənclər robotexnika, memarlıq-dizayn, ebru sənəti, qum sənəti, ağac üzərində yandırma, rəssamlıq və dulusçuluq sahələri üzrə keçirilcək kursların otaqları ilə tanış olmuşlar. Qeyd edək ki, təlim kurslarına qoşulmaq istəyən gənclər Gənclər və İdman Nazirliyinin www.naxgin.az saytında yerləşdirilmiş bölmədə qeydiyyatdan keçərək layihədə iştirak etmək hüququ qazanmışlar. Belə ki, ümumi olaraq 7 yaradıcılıq sahəsi üzrə 25 nəfər kurslarda iştirak etmək üçün qeydiyyatdan keçmişdir. Kurslar həftənin 2 günü təşkil olunmaqla fevralın 21-dən iyunun 30-dək davam edəcək. Kursu uğurla başa vuran iştirakçıya sertifikat veriləcək və yekunda gənclərin layihə çərçivəsində hazırladıqları əl işlərindən ibarət sərgi təşkil olunacaqdır.

Layhə Gənclər və İdman, Təhsil nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə həyat keçirilir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
21.02.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020