Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Onlayn təlim keçirilmişdir

      21 may 2020-ci il tarixdə Gənclər və İdman Nazirliyinin, “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə gənclərə “Zoom” proqramı vasitəsilə “Layihələrin yazılması və idarə edilməsi”, “Fəaliyyət planının qurulması” və “Büdcə planlaşdırılması” mövzularında onlayn təlim keçirilmişdir.

Əvvəlcə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov gənclərə təlimin məqsədi haqqında məlumat vermişdir. Sonra “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı İctimai Birliyin fəaliyyəti haqqlnda gənclərə qısa məlumat vermişdir.

Daha sonra mövzular ətrafında çıxış edərək bildirmişdir ki, gənclər layihə hazırlayarkən əvvəlcə mövcud problemin həll olunması üçün ətraflı məlumat yazmalıdır. Sonra isə layihə hazırlayan şəxsin təqdim olunan layihənin icrası üçün uyğun təcrübəsinin olması, layihənin adı, formatı, başlama və bitmə tarixləri, layihənin qısa təsviri, problemin təsviri, məqsədi, vəzifələri, hədəf qrupu, tərəfdaşları, icra mərhələləri, nəzərdə tutulan fəaliyyətlər və layihənin sonunda gənclərin əldə edəcəyi bilik, bacarıq və vərdişlər mütləq qeyd olunmalıdır. Layihənin fəaliyyət planının və büdcə formasının hazırlanması qaydaları haqqında da ətraflı məlumat verilmişdir. Şahin Rəhmanlı həmçinin, gəncləri müxtəlif mövzularda layihələr hazırlamağa və bu sahədə fəal iştirak etməyə çağırmışdır. Sonda mövzularla bağlı gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Təlimdə 20 nəfər gənc iştirak etmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
21.05.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020