Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Məşqçi və idmançıların iştirakı ilə muzey gəzintisi təşkil olunub

      Federasiya nümayəndələri, məşqçi və idmançıların növbəti istiqaməti Naxçıvan şəhəri və Kəngərli rayonunda yerləşən tarixi-mədəni məkanlar olub. Qrafikə uyğun olaraq bugünkü gəzintidə Atletika, Voleybol, Basketbol və Futbol federasiyalarının təmsilçiləri iştirak ediblər. Atletlər Duz Muzeyində, voleybolçular Yusif Küseyir oğlu türbəsində, basketbolçular Milli Dəyərlər Muzeyində, futbolçular isə Qarabağlar Türbə Kompleksində olublar.

Qeyd edək ki, tarixi gerçəkliklərin təbliğ olunması, ictimai-siyasi və yaradıcı aləmdə fəaliyyəti olan dahi şəxsiyyətlərimizin daha yaxından tanıdılması, xalqımızın qədimdən bu günə miras buraxdığı milli mənəvi dəyələrə bağlılıq hissi yaradılması məqsədilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları üçün ilbəil təşkil olunan ənənəvi ekskursiyalar davam etdirilir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
21.05.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020