Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvanda beynəlxalq hakimlər tərəfindən seminar keçirilib

      Naxçıvan Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Milli Karate Federasiyası tərəfindən hakimlik seminarı keçirilib. Hakimlər komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayevin rəhbərliyi və beynəlxalq hakim Vüqar Kərimovun asisstentliyi ilə iki gün davam edən nəzəri və praktiki seminarda 20-dən artıq yerli hakim iştirak edib. Dərəcəsini artıran 6 hakimə - Nəriman Quliyev (II dərəcə), Vüsal Allahverdiyev, Murtuz Abdullayev, Mirpaşa Kərimov, Qələndər Binyətli və İlkin Şirinova (hər biri III dərəcə) müvafiq sertifikatlar təqdim edilib.

C.Babayev həmçinin, iyulun əvvəli Xorvatiyada gənclərin Dünya Kubokuna yollanacaq Naxçıvan karateçilərinin hazırlıq məşqlərində iştirak edərək onları yarış qaydaları ilə bağlı məlumatlarıb və əlavə tövsiyyələrini verib.

Qeyd edək ki, muxtar respublika idmanında müvafiq sahələr üzrə peşəkar kadr ehtiyatının zənginləşdirilməsi, yerli məşqçi və idmançıların təcrübə artımı məqsədilə hər il müxtəlif seminar, treninq, kurs və təlim-məşq toplanışları təşkil olunur. Paralel olaraq qonşu ölkələrin aidiyyatı idman qurumları ilə təcrübə mübadiləsi aparılır, gənc kadrların zəruri sahələr üzrə lisenziya (fəaliyyət sertifikatı) alması üçün təşkilati dəstək göstərilir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
21.06.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021