Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Karateçimiz Avropa çempionu olub

      Finlandiyanın Tampere şəhərində keçirilən 14-15 yaşlı yeniyetmələrin və 16-17 yaşlı gənclərin 48-ci Avropa çempionatı, 21 yaşadək gənclərin isə 13-cü qitə çempionatı davam edir. Azərbaycan Avropa çempionatında 24 karateçi və 5 hakimlə təmsil olunub. Onlardan biri də Naxçıvan Karate-do Federasiyasının idmançısı, hazırda karyerasını millinin heyətində davam etdirən Rəşid Süleymanovdur.

Dünən start götürən qitə birinciliyində yeniyetmə idmançımız gün ərzində 5 görüş keçirib. İlk üç qarşılaşmada Devid Frederikson (Danimarka), Fran Host (Xorvatiya) və Zuniqa Mateonu (Almaniya) məğlub edən təmsilçimiz yarımfinal mərhələsində rusiyalı Kiril Miçko üzərində əldə etdiyi qələbə ilə adını finala yazdırıb. Həlledici görüşdə belaruslu Artem Şaruba ilə qarşılaşan Rəşid Süleymanov 6:0 hesablı nəticə ilə Avropa çempionu tituluna yiyələnib. Azərbaycan idmançıları yarış gününü ümumilikdə 2 qızıl və 1 bürünc medalla tamamlayıblar.

Qeyd edək ki, Avropa çempionatında 45 ölkədən 996 idmançı mübarizə aparır.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
21.08.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021