Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan idmançılarından uğurlu nəticə

      Bakı şəhərində uşu idman növü üzrə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş klublararası respublika turniri keçirilib. Yarışda Naxçıvan Kikboksinq Federasiyasının idmançıları da iştirak edib. Məşqçi Kəmaləddin Rzayevin rəhbərliyi altında yarışa yeddi idmançımız qatılıb. Onlardan 6-sı mükafatçılar sırasına düşməyi bacarıb.

Təmsilçilərimizdən Fərişad Süleymanlı (14 yaş, 45 kq), Məmməd Məhəmmədov (13 yaş, 47 kq), Enes Babayev (11 yaş, 20 kq) və Əli Nəsurullayev (11 yaş, 30 kq) müvafiq çəki və yaş kateqoriyaları üzrə 1-ci olublar. Turqay Həsənov (2008, 42 kq) və İsməddin Rzayev (2011, 39 kq) yarışı ikinci sırada yekunlaşdırıblar. Bu nəticələrlə Naxçıvan komandası turniri 4 qızıl və 2 gümüş medalla tamamlayıb.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
21.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021