Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Yeniyetmə güləşçilərin muxtar respublika birinciliyinə start verilib

      İlham Əliyev adına Olimpiya İdman Kompleksində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilir. Yeniyetmələr (2005-2007-ci illər) arasındakı yarışa şəhər və rayonlardan 6 komanda olmaqla ümumilikdə 70-dən çox güləşçi qatılıb. Olimpiya sisteminə əsasən qalib və mükafatçıların məlum olacağı mübarizədə 10 çəki dərəcəsi üzrə görüşlər keçirilir. Nəticələr həm fərdi, həm də komandalar üzrə hesablanacaq.

Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Güləş Federasiyası tərəfindən birgə təşkil olunan birincilik muxtar respublikada sərbəst güləşin inkişafı, idmançıların yarış təcrübəsinin artırılması və perspektivlilərin aşkar edilərək yığma komandaya cəlb edilməsi məqsədi daşıyır.

Qeyd edək ki, yarış sabah yekunlaşacaq.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
21.12.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021