Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Karate üzrə beynəlxalq turnir keçirilmişdi

      17-19 yanvar 2020-ci il tarixlərdə Bakı İdman Sarayında “Arpaçay Karate Klubu” və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate üzrə beynəlxalq turnir keçirilmişdir.

Sayca 5-ci dəfədir keçirilən turnirdə 13 ölkədən (Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Gürcüstan, İran, İsrail, Özbəkistan, Qazaxıstan, Ukrayna, Çexiya, Küveyt, Mərakeş) 900-dən artıq idmançı öz qüvvəsini sınamışlar. Yarışı 5 ölkədən 22 beynəlxalq hakim idarə edirdi. Turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası 15 idmançı, 1 məşqçi ilə muxtar respublikanı təmsil etmiş və 12 medalla geri dönmüşlər. Belə ki, Novruzzadə Aminə 10-11 yaş qrupunda -45 kq çəki dərəcəsində I, -40 kq çəki dərəcəsində III, Həsənli Nərgiz 10-11 yaş qrupunda -45 kq çəki dərəcəsində II, Qasımov Rəşad 16-17 yaş qrupunda -55 kq çəki dərəcəsində III, Cəlalova Çinarə 16-17 yaş qrupunda +59 kq çəki dərəcəsində III yerin sahibi olmuşlar. Komanda hesabında 9-11 yaş qrupunda Abbaszadə Canər, Qənbərov Yaqub, 12-14 yaş qrupunda Hüseynov Qafar, Bağırov Məhəmməd, Əliyev Abbas, 15-17 yaş qrupunda Seyidov Vüsal və Qasımov Rəşad III yerin sahibi olmuşlar.

İdmançılarımızı təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
22.01.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020