Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvanda ilk çimərlik futbolu meydançasının inşasına başlanılıb

      Naxçıvan Muxtar Respublikasında idmanın maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı Ali Məclis Sədrinin tapşırıqlarına əsasən icra olunan işlərdən biri də çimərlik futbolu ilə bağlıdır. Belə ki, ötən həftədən etibarən çimərlik futbolu meydançasının inşasına başlanılıb. Meydança Uzunoba gölünün ərazisində 40x30 metrlik sahəni əhatə edir. Hazırda ərazidə xüsusi texnika vasitələri ilə hamarlama işləri aparılır. Lazımi miqdarda qum kütləsi gətirilib. İcra olunan işlər Naxçıvan MR Gənclər və İdman Nazirliyi ilə Naxçıvan MR Futbol Federasiyasının nəzarəti ilə davam etdirilir.

Mövcud perspektivlər nəzərə alınaraq yeniyetmə və gənclərin bu idman növündə fəaliyyət göstərməsi və asudə vaxtın səmərəli təşkili məqsədi ilə meydançada çimərlik futbolu üzrə turnirlərin keçirilməsi planlaşdırılır.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
22.06.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020