Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Stolüstü tennis üzrə yarış keçirilib

      Fiziki imkanları məhdud yeniyetmələr arasında stolüstü tennis üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.

Uşaq Bərpa Mərkəzində reallaşan birincilikdə yaşı 18-dək olan 16 paralimpiyaçı iştirak edib. Yarış fiziki imkanları məhdud uşaq və yeniyetmələrin reabilitasiyası, onların idmana cəlbi və stolüstü tennisə olan maraqlarının yüksəldilməsi məqsədilə keçirilib.

Ümumi nəticələr xal sayına əsasən hesablanıb. Rəfayel Yusifov ən yaxşı göstərici ilə birinci pilləyə layiq görülüb. Engin Novruzov ikinci, Qabil Qədimov isə üçüncü sırada qərarlaşıb.

Naxçıvan MR Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi birinciliyin sonunda ilk üçlükdəki idmançılara diplom, bütün iştirakçılara isə hədiyyələr təqdim olunub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
22.06.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021