Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Azərbaycan futbolu üçün tarixi hadisə

      Muxtar respublikanın ilk çimərlik futbolu meydançası həm bölgənin idman həyatı, həm də Azərbaycan futbolu üçün tarixi hadisə kimi qiymətləndirilir. Beynəlxalq standartlara uyğun layihələndirilən meydançanın gələcək potensialları önəmli mövqeyi ilə seçilir.

Bu arenanın istifadəyə verilməsi ilə bağlı məlumatlar ölkə mediası, futbol ictimaiyyəti tərəfindən böyük maraq və sevinclə qarşılanıb. Həmçinin, müxtəlif informasiya agentlikləri, saytlar və digər media qurumları da bu yeniliklə bağlı informasiyaları geniş auditoriya kütləsinə çatdırıb. Ötən gün Azərbaycan Çimərlik Futbolu Federasiyasının rəsmi sosial şəbəkəsində (instagram hesabında) bununla bağlı yayımlanan paylaşımı “repost” edən (təkrar yayımlayan) “BSWW” dünya çimərlik futbolu izləyicilərinə “Azərbaycanda yeni bir gözəl stadion” başlıqlı postla bu hadisənin sevincini bölüşüb.

Məlumat üçün bildirək ki, 2005-ci ildən bu yana dünyanın ali futbol qurumu FİFA-nın rəsmi tərəfdaşı olan Dünya Çimərlik Futbolu Təşkilatı dünya, qitə çempionatları və digər böyük turnirlərin baş təşkilatçısıdır.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
22.07.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020