Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Uşaq və yeniyetmə kikboksçuların muxtar respublika birinciliyi

      İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışda 6 komanda olmaqla ümumilikdə 120 idmançı iştirak edib. Görüşlər 3 yaş kateqoriyasında 22 çəki dərəcəsi üzrə keçirilib. Gənclər və İdman Nazirliyi və Kikboksinq Federasiyası tərəfindən birgə təşkil olunan birincilik regionda kikboksinq idman növünün inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi, həmçinin bölmə və klubların işinin təkmilləşdirilməsi məqsədi daşıyıb.

Olimpiya sisteminə əsasən qaliblərin müəyyən olunduğu yarışda 7-8 yaş qrupu üzrə Asim Kərimli (20 kq, “Turan” Döyüş Klubu), Məhəmməd Qasımov (22 kq, “Turan” Döyüş Klubu), Uğur Məmmədli (24 kq, “Naxçıvan-1”), Sabir Novruzov (26 kq, “Turan” Döyüş Klubu), Mirqafar Seyidli (28 kq, “Turan” Döyüş Klubu), İlkin Nağılı (30 kq, “Naxçıvan-2”) və Rəsul Əsgərov (32 kq, “Turan” Döyüş Klubu) qalib olublar.

9-10 yaş qrupunda Nağı Süleymanlı (24 kq, “Kəngərli”), Yusif Məmmədov (26 kq, “Şerur”), Elnar Əkbərli (28 kq, “Turan” Döyüş Klubu), Uğur Məmmədli (30 kq, “Şərur”), Yaqub Hacıyev (32 kq, “Turan” Döyüş Klubu), Ayhan Xəlilov (36 kq, “Naxçıvan-2”), Əbülfəz Cəfərov (39 kq, “Turan” Döyüş Klubu) və Mahmud Mahmudlu (39+ kq, “Turan” Döyüş Klubu) yarışı ilk sırada tamamlayıblar.

11-12 yaş qrupunda isə Nurəddin Əliyev (30 kq, “Turan” Döyüş Klubu), Əli Nəsrullayev (32 kq, “Kəngərli”), Elşad Cəlilov (35 kq, “Odlar yurdu”), Səid Abbaslı (38 kq, “Turan” Döyüş Klubu), Oğuz Məmmədli (42 kq, “Turan” Döyüş Klubu), Uğur Əsgərov (47 kq, “Naxçıvan-1”) və İsmayıl Hüseynzadə (52 kq, “Turan” Döyüş Klubu) rəqiblərini məğlub edərək fəxri kürsünün ilk pilləsinə qalxıblar.

Komanda hesabında “Turan” Döyüş Klubu 1-ci olub. “Şərur” və “Kəngərli” komandaları müvafiq ardıcıllıqla 2-ci, 3-cü sıralarda qərarlaşıblar. İlk üçlükdəki idmançılara diplom və medallar təqdim edilib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
22.11.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021