Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvanda Region Liqasının oyunları keçirilib

      20-21 noyabr tarixlərində muxtar respublikada fəaliyyət göstərən klubların iştirakı ilə liqanın Naxçıvan zonasındakı oyunlarına start verilib.

“Dübəndi” Ordubad şəhər stadionunda yenidənqurmadan sonra keçirilən ilk rəsmi matçda “Araz Naxçıvan”la qarşılaşıb. Qarşılıqlı qollarla azarkeşlərə maraqlı oyun izlətdirən komandaların mübarizəsində Naxçıvan təmsilçisi 3:1 hesablı qələbə əldə edib. “Babək” (Babək) - “Əlincə” (Culfa) görüşü də maraqlı alınıb. Ümumilikdə 7 qolun qeydə alındığı qarşılaşma babəklilərin 4:3 hesablı qələbəsi ilə tamamlanıb. Kəngərlinin eyniadlı komandası səfərfə Şahbuzun “Batabat” komandası üzərində böyükhesablı qalibiyyət əldə edib - 12:2. Şərurun “Arpaçay” klubu da ilk oyununu aşkar üstünlüklə bitirib. Səfərdə “Sədərək”lə (Sədərək) qarşılaşan Şərur təmsilçisi rəqibini 7:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Naxçıvan zonasında 14 tur oynanılacaq. Qalib komanda Region Liqasının reqlamentinə əsasən ölkə üzrə yarımfinal mərhələsinə birbaşa vəsiqə əldə edəcək.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
22.11.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021