Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Basketbol üzrə klublararası muxtar respublika birinciliyinə
start verilib

      Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində ümumtəhsil məktəblərinin oğlanlardan ibarət klubları (VIII-XI siniflər) arasında muxtar respublika birinciliyi keçirilir. Yarışa şəhər və rayonlardan ümumilikdə 8 komanda qatılıb. Olimpiya sisteminə əsasən qalib və mükafatçıların məlum olacağı mübarizədə bu gün ilk görüşlər keçirilib. Sabah üçüncülük və final qarşılaşmaları ilə birinciliyə yekun vurulacaq.

Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Basketbol Federasiyası tərəfindən birgə təşkil olunan birincilik muxtar respublikada basketbolun inkişafı, idmançıların yarış təcrübəsinin artırılması və istedadlı oyunçuların müəyyənləşdirilərək yığma komandaya cəlb edilməsi məqsədi daşıyır.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
22.12.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021