Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir

      23 yanvar 2020-ci il tarixdə Naxçıvan şəhərindəki Gənclik Mərkəzində Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir.

Oyunun keçirilməsində məqsəd kursantların intellektual fəaliyyətə cəlb edilməsi, onların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və intellektual oyunların kütləviliyinin təmin edilməsidir. 8 komandanın iştirak etdiyi intellektual oyunda yekun nəticəyə əsasən ən çox xal nominalı toplayaraq “Mübariz” komandası I yerə, “İstiqlal” komandası II yerə, “Vətən” komandası isə III yerə çıxmışdır. Sonda I, II və III yerləri tutmuş komandalara və komanda üzvlərinə Gənclər və İdman Nazirliyi tərəfindən kubok, diplom, fəxri fərman və oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələri təqdim olunmuşdur.

40 nəfər kursantın iştirak etdiyi “Xəmsə” Milli İntellektual Oyunu Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
23.01.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020