Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Kursantlar Yay məktəbində

      Gənclərin istirahətinin səmərəli təşkili məqsədilə Gənclərin Ağbulaq İstrahət Mərkəzində təşkil olunan Yay məktəbləri qrafikə uyğun olaraq davam etdirilir. Budəfəki mərhələdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları mərkəzinin qonağı olublar. Bu gün start götürən yay məktəbinin proqramına əsasən, təyin olunan müddət ərzində təlim, konsert proqramı, müxtəlif idman oyunları, müsabiqələr, intellektual yarışlar və film nümayişləri təşkil olunacaq.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunan ənənəvi “Yay məktəbi” 3 gün davam edəcək.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
23.08.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021