Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Hava və Ekstremal İdman Növləri Federasiyasında iclas keçirilib

      Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr barədə keçirilən iclası giriş sözü ilə federasiyasnın sədri Mais Əliyev açıb.

Bildirilib ki, verilən tapşırıqların icrası, səmərəli fəaliyyətin təmin olunması məqsədilə federasiyanın əhatə etdiyi müxtəlif idman növləri üzrə yarışlar təşkil edilib və bu yarışlarda ümumilikdə 1670 nəfər idmançı, 63 məşqçi və 23 hakim iştirak edib. Yarışlarda müxtəlif yaş qruplarından olan idmançılar təmsil olunublar ki, bunlardan da 650 nəfərə yaxını qız idmançılardır. İdmançıların ümumi sayı ötənilkindən 810 nəfər, qız idmançılaın sayı isə 400 nəfər çox olub. Şəraitin yaxşılaşdırılması məqsədilə federasiyanın süni divarı əsaslı şəkildə təmir olunub, çatışmamazlıqlar aradan qaldırılıb. Yarışların keçirilməsində təcrübənin artırılması, yerli məşqçilərin hazırlanması məqsədilə Bakı şəhərindən hava və ekstremal idman növləri üzrə müstəqil məşqçi muxtar respublikamıza dəvət edilib, idmançılar və məşqçilərə təlimlər keçirilib.

Mais Əliyev diqqətə çatdırıb ki, federasiyanın rayonlarda bölmələri də fəaliyyət göstərir. Bölmələr tərərfindən bu idman növlərinin inkişaf etdirilməsi məqsədilə şəhər və rayon birincilikləri də təşkil olunub. Federasiya öz fəaliyyətində beynəlxalq əlaqələrinin genişləndirilməsini də diqqətdə saxlamağa çalışıb. Bu məqsədlə 24 fevral tarixində Xocalı soyqrımı qurbanlarının xatirəsini anmaq üçün Türkiyənin müxtəlif peşə sahiblərindən və nüfuzlu kütləvi informasiya vasitələrinin əməkdaşlarından ibarət 30 nəfərlik alpinist qrupu və mart ayında “Novruz bayramı - Dostluq” devizi altında Türkiyənin müxtəlif bölgələrindən və federasiya idmançılarından ibarət 20 dağçı ilə birlikdə Haçadağa yürüş ediblər.

Sonra Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədovun ötən il keçirilən tədbirlər barədə məruzəsi dinlənilib.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxışında vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisində 10 dekabr 2018-ci il tarixdə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarına bir sıra tapşırıqlar verilib. Federasiyalar 2019-cu ildə öz işlərini verilmiş tapşırıqlara əsasən qurub. Hava və Ekstremal İdman Növləri Federasiyası da ötən il ərzində fəaliyyətini daha da təkmilləşdirib, peşəkar məşqçi müəllimlərin və idmançıların hazırlanması sahəsində öz işini düzgün quraraq Bakı şəhərindən mütəxəssislər dəvət edib, suni divara dırmanma mərkəzi yaradaraq burada gənclər arasında birinciliklər keçirib, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda Türkiyə və Naxçıvan alpinistlərinin, həmçinin, Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrin iştirakı ilə Haçadağa yürüş təşkil edib.

Nazir qeyd edib ki, federasiya idmançılarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə onların muxtar respublikada fəaliyyət göstərən muzeylərə gəzintiləri və “Ağbulaq İstirahət Mərkəzi”ndə “Yay Məktəbləri” təşkil olunub. Nazirlik və federasiyanın birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqlar yerinə yetiriləcək, eyni zamanda Hava və Ekstremal İdman Növlərinin inkişafı istiqamətində daha böyük uğurlara imza atılacaqdır. Yaradılan hərtərəfli şəraitə, göstərilən qayğıya görə idmançılar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımızı bildiririk.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
24.01.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020